Yuxarı

Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə saldı. İndi top Kremlin meydanındadır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Ciddədə baş tutan danışıqlarda Ukraynanın ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul etməsi haqda qeyd edib.

Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa, amerikalı həmkarı Donald Trampı məyus edəcək:

“Halbuki Tramp son aylarda Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi. Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq. Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq.

Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər. Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib:

1. Ukrayna NATO üzvü olmayacaq;

2. Krım və Ukraynanın şərq bölgələri Rusiyanın nəzarətində qalacaq.

Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərqindəki tam işğal edə bilmədiyi əraziləri də (Donetsk və Luqans vilayətlərinin tamamını) tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq”.

E.Şahinoğlunun fikrincə, atəşkəs heç bir halda problemin həlli deyil:

“Əlbəttə, Putin razılaşarsa, Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək. Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi, Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. Ukraynaya isə başda ABŞ olmaqla, heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə bundadır”.

Tarix
2025.03.12 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla