Yuxarı

Rusiyanı yenə aldadırlar? - Markovdan atəşkəs şərhi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanı yenə aldadırlar? - Markovdan atəşkəs şərhi

10:35

Rusiya dəfələrlə bildirib ki, o, münaqişənin əsas səbəblərini həll edən sülhün tərəfdarıdır. Lakin atəşkəsin yox. Çünki təcrübə göstərir ki, Ukrayna ordusu atəşkəsdən fasilə kimi istifadə edəcək. Yəni atəşkəs yalnız Ukrayna ordusunun silahlarla daha intensiv şəkildə təchiz olunmasına, daha genişmiqyaslı və total səfərbərliyə səbəb olacaq. Buna görə də bu, Rusiya üçün əlverişli deyil və sülhə gətirib çıxarmayacaq.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ukrayna və ABŞ nümayəndə heyətlərinin Ciddədə keçirilən görüşündə əldə olunan 30 günlük atəşkəs razılığına Rusiyanın necə reaksiya verəcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya növbəti dəfə aldanmaq istəmir:

“Rusiya Minsk-1 və Minsk-2 formatında aparılmış uğursuz atəşkəsə istinad edərək bildirir ki, həmin danışıqlardan Ukrayna və Qərb daha sərt müharibəyə hazırlaşmaq üçün istifadə edib.

Fransanın keçmiş prezidenti Fransua Olland və Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk-2 sazişi ilə bağlı bəyanatları məlumdur. Onlar bu razılaşmanı imzalayarkən Rusiyanı aldatmağı əvvəlcədən planlaşdırdıqlarını etiraf ediblər. Onların məqsədi Ukrayna tərəfinə qətiyyətli müharibəyə hazırlaşmaq üçün vaxt qazandırmaq olub. Ona görə də ehtimal var ki, yeni atəşkəs də eyni məqsədlə istifadə edilə bilər”.

Politoloq qeyd edib ki, Moskva əsaslı sülh olmasını istəyir, lakin buna əngəl olan səbəblər var:

“Ukrayna rejiminin repressiv və hipermilitarist xarakteri sülhün qarşısında əsas maneələrdən biridir. Buna görə də sülhün şərti repressiv siyasətin aradan qaldırılması, yəni denasifikasiyadır. Siyasi repressiyalara, rus dilinə və pravoslav kilsəsinə qarşı təzyiqlərə son qoyulmalıdır. Həmçinin demilitarizasiya – Ukrayna Silahlı Qüvvələrinin sayca və yerləşmə baxımından məhdudlaşdırılması həyata keçirilməlidir.

Rusiya, demək olar ki, hazırda ABŞ və Ukrayna tərəfindən təklif edilən atəşkəsə qarşıdırmı? Bəli, amma tam olaraq yox. Rusiya atəşkəsə qarşıdır, lakin dünyada bu ideyaya olan böyük entuziazmı da görməzlikdən gələ bilməz. Buna görə də Rusiyanın ən mümkün cavabı “Xeyr” deyil, “Bəli, amma...” olacaq. Yəni Rusiya bu atəşkəslə razılaşacaq, lakin şərtlərlə”.

Markov bildirib ki, Moskva üçün əsas şərtlərdən biri Ukraynaya məhdudiyyətlərin qoyulmasıdır:

“Bu şərtlər arasında ən açıq şəkildə görünəni Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə embarqonun qoyulmasıdır. Bu embarqo ABŞ və bütün Avropa ölkələri tərəfindən təsdiq edilməlidir”.

Tarix
2025.03.12 / 10:58
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla