Yuxarı

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti təşəkkürnamə aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti təşəkkürnamə aldı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ASAN Müraciət informasiya sisteminin 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunan tədbir təşkil olunub.

Axar.az xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış ASAN Xidmətin fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, ASAN Müraciət platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.

Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Asan Xidmət və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrəfilov iştirak edib. 2021-2025-ci illər ərzində daxil olan 1366 müraciətin 80%-nin müvafiq şəkildə cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.

Tarix
2025.03.12 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla