Yuxarı

İntihara cəhd edən Kürün son durumu - Açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İntihara cəhd edən Kürün son durumu - Açıqlama

Gənc şair Həsən Zeynallının (Həsən Kür) vəziyyəti hələ də ağır-stabil olaraq qiymətləndirilir.

Bu sözləri Kult.az-a açıqlamasında Sabunçu Tibb Mərkəzinin mətbuat katibi Səkinə Yusifli Həsən Kürün durumu ilə bağlı deyib.

Səkinə Yusifli bildirib ki, Həsən Kür hələ də komadan ayılmayıb:

“Xəstə reanimasiyada süni nəfəs aparatına qoşulmuş vəziyyətdədir. Özünə gəlməsi üçün həkimlərimiz tərəfindən bütün zəruri yardımlar göstərilir. Hazırda gözləyirik və ümid edirik ki, xəstənin durumunda müsbət dinamika müşahidə olacaq”.

Qeyd edək ki, fevralın 22-i gənc şair, Aprel savaşının və İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kür intihara cəhd edib, “Sevinc Moll” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O, həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Tarix
2025.03.03 / 11:50
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla