Yuxarı

Paşinyan Rusiya siyasətini dəyişdi - Kreml inanmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Rusiya siyasətini dəyişdi - Kreml inanmır

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün mövqeləri güclənən Rusiyaya qarşı növbəti dəfə təzim etmək qərarına gəlib. Bu, “Avroreferendum” layihəsinin 2 ay müddətinə təxirə salınmasına və Rusiyaya yaxınlaşması üçün tədbirlərin görülməsinə, xüsusən də idarələrarası münasibətlərin bərpasına səbəb oldu.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Lakin Rusiya Paşinyanın səmimiyyətinə inanmır və Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq, eləcə də İrəvanın hazırkı hakimiyyəti ilə əməkdaşlığı necə davam etdirəcəklərini anlamaqla əlaqələndirilir. Matviyenko ilkin razılığa əsasən fevralın sonunda gəlməli idi, amma iyunun 5-6-da Ermənistana səfər edəcəyi bildirildi. Rusiya Paşinyanın mayın 9-da Qırmızı Meydanda keçiriləcək tədbirlərdə iştirak edib-etməyəcəyini gözləyir”, - məlumatda deyilib.

Hökumət mənbələri Paşinyanın Moskvaya gedəcəyinə şübhə etmir:

“O, 2023-cü ildə iştirak edib, 2024-cü il mayın 8-də isə Aİİ sammitində iştirak edib və geri qayıdıb. Matviyenkonun səfərindən əvvəl Alen Simonyan MDB Assambleyasının Qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün aprelin 17-18-də Rusiyaya yola düşəcək. Dövlət Dumasının sədri Volodinin Ermənistana səfəri ilə bağlı da danışıqların aparıldığı bildirilir. May ayına kimi Qafanda Rusiya konsulluğu da açılacaq”.

Tarix
2025.03.12 / 12:04
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla