Yuxarı

Pakistanda girov götürülən 104 sərnişin xilas edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanda girov götürülən 104 sərnişin xilas edildi

Pakistan təhlükəsizlik qüvvələri ekstremist “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən qatarda girov saxlanılan 450 sərnişindən 104-nü azad edib.

Axar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Azad edilənlər arasında 15 uşaq və 31 qadın var.

Girovların xilas edilməsi əməliyyatı davam edir və relyefə görə çətinləşib. Təhlükəsizlik qüvvələri ekstremistlərin əlində olan vətəndaşlara zərər verməmək üçün son dərəcə ehtiyatlı hərəkət edir. Əməliyyat tədbirləri zamanı hücumda iştirak edən 16 yaraqlı məhv edilib.

Qeyd edək ki, ötən gün Pakistanda yaraqlılar Kvettadan Pişəvərə gedən qatarda 450 sərnişini girov götürüblər. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.

Tarix
2025.03.12 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla