Yuxarı

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royal Məmmədov” yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə – idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın cəsədini çıxarmaq mümkün olmayıb. Aşpazın meyiti zərbə alan və sonradan batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digərləri ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Tarix
2026.10.05 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla