Yuxarı

Göyçə gölünün quruma təhlükəsi artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçə gölünün quruma təhlükəsi artır

Dünya bankının hesabatında Ermənistanın su çatışmazlığı yaşadığı qeyd olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində deyib.

O bildirib ki, Ararat vadisində kommersiya balıqçılığı və suvarma üçün yeraltı suların çıxarılması onların illik təbii bərpası həddini aşır:

"Suvarma tələbatını ödəmək üçün Sevan gölündən axıdılmasına icazə verilən suyun həcmi tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Nəticədə Göyçə gölünün quruması təhlükəsi artır, orada olan fauna müxtəlifliyinə mənfi təsir edir. Ümumiyyətlə, Azərbaycan Qafqazda aşağı axın ölkəsi olduğu üçün Ermənistanda transsərhəd çaylarının çirkləndirilməsi ən çox Azərbaycana təsir edir. Buna görə də ESPO konvensiyasına uyğun olaraq Ermənistan hökuməti bununla bağlı hesabat verməlidir”.

O qeyd edib ki, Ermənistanın dağ-mədən sənayesinin nəinki özünün eyni zamanda bölgənin ekologiyasına təhdidlər yaradır:

"Bu sənayenin tullantıları qrunt suları vasitəsi ilə trassərhəd çaylarına düşür. Beləliklə, digər ölkələrin ekologiyasına ziyan vurur. Alaverdi və Sünikdə olan karyerlərin xüsusən qrunt sularının çirklənməsinə təsiri qeyd olunur".

Tarix
2026.10.05 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla