Yuxarı

Nazirlikdən prezidentin fərmanı ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən prezidentin fərmanı ilə bağlı açıqlama

Prezident İlham Əliyevin yeni Fərmanı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişikliklər edilib.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dəyişikliklər övladlığa götürmə prosesinin sürətləndirilməsi yolu ilə uşaqların institusional mühitdə qalma müddətinin azaldılması və onların ailə mühitinə daha qısa müddətdə inteqrasiyasının təmin edilməsinə xidmət edir.

Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla müəssisədə görüş müddəti yarıya endirilərək 2 ay ərzində ayda azı 40 saat deyil, 1 ay müddətində azı 20 saat olmaqla təşkil ediləcək.

Bu müddət valideyn himayəsindən məhrum olmuş 3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında 10 gün müddətində 6 saatadək qısaldıla bilər.

Habelə, dəyişikliyə əsasən müəssisədə görüşün sosial işçilər tərəfindən 8 saat müşahidə edilməsi də differensiallaşdırılaraq, 3 yaşadək uşaqlara münasibətdə bütün müddət ərzində, 3 yaşdan yuxarı uşaqlara münasibətdə isə 10 saatdan az olmayaraq müşahidə müddəti müəyyən edilib.

Tarix
2026.10.05 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla