Yuxarı

Paşinyan Musayevə görə onu işdən qovdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Musayevə görə onu işdən qovdu

Azərbaycan Ordusunun əsgəri Nəsimi Rəhim oğlu Musayevin Ermənistan sərhədini keçməsi və sərhəddən yalnız 20 km-liyində yerləşən Şəki kəndində saxlanılması Ermənistanda müzakirələr doğurub.

Axar.az xəbər verir ki, Ermənistan hakimiyyəti sərhədlərin yüksək səviyyədə qorunmadığı, hətta sərhədi keçə bilən şəxsin ölkənin dərinliklərinə qədər irəlilədiyi, aidiyyəti qurumların isə yalnız bir evə girdikdən sonra onun barəsində xəbər tutmasına görə tənqid edilir.

Bu tənqidlər və müzakirələr fonunda bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini David Sanamyanı vəzifəsindən uzaqlaşdırıb.

Qeyd edək ki, Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.

Tarix
2026.10.05 / 14:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla