Yuxarı

TAU rektoru Hacettepe Universitetində oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TAU rektoru Hacettepe Universitetində oldu

Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Hacettepe Universitetini ziyarət edib.

Bu barədə Axar.az-a universitetdən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Nəcibə Nəsibova Hacettepe Universitetinin rektoru prof. Mehmet Cahid Güran, Mühəndislik fakültəsinin dekanı prof. Xəlil Vural, Qida Mühəndisliyi kafedrasının müdiri prof. Əli Topçu və professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə Hacettepe Universitetinin tərəfdaşlığı ilə TAU-da həyata keçirilən Qida mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin Hacettepe Universitetinin akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Müzakirələr zamanı Hacettepe Universitetinin rəhbər və akademik heyətinin TAU tələbələri üçün mühazirələr keçirmək məqsədilə Azərbaycana səfərlərinin daha müntəzəm şəkildə təşkil olunması barədə razılıq əldə edilib.

Qeyd edək ki, “çətir universitet” modeli əsasında fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universitetində Qida mühəndisliyi proqramı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti tərəfindən həyata keçirilir.

Tarix
2026.10.05 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla