Yuxarı

Ciddədə Ukraynanın uğuru: Razılaşmada nələr var?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ciddədə Ukraynanın uğuru: Razılaşmada nələr var?

Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparan qrupların tərkibini müəyyənləşdirmək və davamlı sülhün əldə edilməsi üzrə dərhal müzakirələrə başlamaq barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ-ın Ciddə danışıqlarının yekunları üzrə birgə bəyanatında deyilir.

"Hər iki nümayəndə heyəti öz danışıqlar qruplarını təyin etmək və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. Birləşmiş Ştatlar bu konkret təklifləri Rusiya nümayəndələri ilə müzakirə etmək öhdəliyini götürüb. Ukrayna nümayəndə heyəti bir daha vurğulayıb ki, avropalı tərəfdaşlar prosesə cəlb edilməlidir", - bəyanatda bildirilib.

Bundan əlavə, tərəflər "Ukrayna iqtisadiyyatını gücləndirmək və Ukraynanın uzunmüddətli rifahını və təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair ən qısa müddətdə hərtərəfli saziş bağlamağa razılaşıblar".

Qeyd edək ki, ABŞ və Ukrayna rəsmiləri arasında Ciddədə danışıqlar bu gün baş tutub. Ukrayna ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.

Tarix
2025.03.11 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla