Yuxarı

“Mərəzə yolçusu” sözü necə yaranıb? - Alim

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elə ifadələr var ki, anlamı və yaranma tarixinə baxımından təhqir kimi qəbul edilir. Məsəl üçün “Mərəzə yolçusu”, yaxud “Mərəzə dilənçisi” ifadəsi. Çoxları bu sözün guya orda yaşayan qaraçılara görə yarandığını qeyd edirlər. İddia edirlər ki, guya burda vaxtilə rus-malakanlar, yaxud qaraçıların bir tayfası yaşayıb və onlar burda yolüstündə diləniblər deyə, belə ifadə ortaya çıxıb.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev jurnalist Aygün Muradxanlının polisləri tənqid edərkən “Mərəzə yolçusu kimi” ifadəsini işlətməsi ətrafında gedən müzakirələrə toxunarkən qeyd edib.

Alim bildirib ki, bu ifadəni 1918-ci ildə ermənilər ortaya atıb və məqsəd də qəhrəman Mərəzə camaatını aşağılamaq olub:

“Həmin ilin (1918-ci ilin) mart ayında, Şamaxı və Qubada əhalinin soyqırıma məruz qaldığı günlərdə 26 Bakı komissarının rəhbəri və erməni daşnakların başçısı Stepan Şaumyan Mərəzədə bir dəstə adamla gizlənirmiş və qırğınları burdan idarə edirmiş.

Mərəzə camaatı görəndə ki, ermənilər atlarla tez-tez bura gəlib, bir evə girir, sonra Şamaxıya gedirlər, yığışıb həmin evdən başda Şaumyan olmaqla, bütün erməniləri qovurlar: əllərində balta, yaba, dırmıxla silahlı erməniləri qovan yerlilər itki də verirlər.

Sonra mərəzəlilər (qobustanlılar – red.) Quba-Şamaxıdan qayıdan erməni-rus dəstələrinə ağır zərbə vururlar və onları indki Xırdalan ərazisinə qədər qovurlar. Bu hadisədən sonra ermənilər mərəzəlilər haqda “dilənçi, yolçu” ifadəsini təhqir kimi işlədiblər, çünki onların planlarını burda yerli əhali pozub, onlara ən ağır zərbə Mərəzə yolunda vurulub.

Mərəzə (Qobustan – red.) dünyada yeganə yerdir ki, burada 72 müqəddəs məkan - dini obyekt var. Hətta rus-türk müharibəsi zamanı belə ifadə var idi: “Osmanlıya gələn bəla Mərəzəyə getsin!” Bunu ona görə deyirdilər ki, Mərəzənin 72 övliyası, Diri Babası var. Bütün dərd-bəlanı sovuşduracaq.

1918-ci ildə ermənilər qırğın törədən zaman üç qadın qucağında körpə Diri Baba türbəsində gizlənir. Ermənilər onları türbənin içərisində tapa bilməyərək geri qayıdırlar. Sonra evlərinə qayıdan qadınlar deyirlər: “Mözücə oldu. Biz üzbəüz onları görürdük. Ancaq onlar bizi görmürdülər”.

Elə ifadələr var ki, onu işlədəndə yaranma tarixini bilmək lazımdır”.

Tarix
2024.12.13 / 13:20
Müəllif
Kult.az
Digər xəbərlər

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert

AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır

Daha 3 şəhidimiz dəfn olunacaq - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla