Yuxarı

Adelin bu mahnısı bütün dünyada qadağan edildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adelin bu mahnısı bütün dünyada qadağan edildi

Braziliya məhkəməsi britaniyalı pop müğənnisi Adelin "Million Years Ago" (Milyon il əvvəl) mahnısının bütün dünyada, o cümlədən musiqi yayım xidmətlərində satışdan çıxarılmasına qərar verib.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, ilkin qadağa "Sony" və "Universal" şirkətlərinə qoyulub. Onlardan mahnının istifadəsi, yayımlanması, redaktəsi, paylaşılması və ya hər hansı şəkildə kommersiyalaşdırılmasını dərhal dayandırmaq və bunu bütün dünyada tətbiq etmək tələb olunub.

Qərar bəstəkar Toninyo Geraes tərəfindən qaldırılan plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini Martinyo da Vilanın 1996-cı il "Mulheres" kompozisiyası üçün özünün yazdığı musiqidən yararlanmaqda ittiham edib.

Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və bir neçə musiqi şirkətindən - o cümlədən "Sony" və "Universal"dan 160 min dollar təzminat tələb edib. Bəstəkar həmçinin Adelin mahnısının müəllif hüquqlarını almaq niyyətindədir.

Bildirilir ki, "Sony" və "Universal"ın törəmə şirkətləri hər bir riayət etməmə aktı üçün 8 min dollar cərimə ilə üzləşə bilərlər. Lakin musiqi şirkətləri hələ də bu qərardan apellyasiya şikayəti verə bilərlər.

Tarix
2024.12.17 / 17:59
Müəllif
Kult.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla