Yuxarı

İsrail ordusu Livanda bu qülləni və hasarları dağıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə məxsus buldozerlər Livandakı müşahidə qülləsini və sülhməramlıların mövqelərinin ətrafındakı hasarları dağıdıblar.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə BMT rəsmilərinin açıqlamasında deyilir.

Bildirilir ki, İsrail ordusunun buldozerləri Livanın cənubundakı Marveyndə müşahidə qülləsini və BMT sülhməramlılarının yerləşdiyi ərazidə hasarları uçurublar.

“Biz İsrail ordusuna və bu hadisəni törədənlərə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək, BMT binalarının müqəddəsliyinə hörmət göstərmək öhdəliyini xatırladırıq”, – deyə BMT rəsmiləri vurğulayıblar.

Xatırladaq ki, ötən həftə İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı sülhməramlıları İsrail sərhədinə yaxın əraziləri tərk etməyə çağırıb. O, həmçinin Hizbullahı İsrailə hücumlar zamanı BMT mövqelərindən pərdə kimi istifadə etməkdə günahlandırıb. İsrail qüvvələrinin sülhməramlılara hücum etməsi ilə bağlı səslənən iddiaları isə yalan adlandırıb.

Tarix
2024.10.22 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

326 milyon manatı mənimsəyən dəstə ilə bağlı yeni xəbər

Azərbaycandan xaricə aviareyslərin qiymətləri açıqlandı

MM-də Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu...

Prezident Moldova ilə bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla