Yuxarı

Müğənni şadlıq sarayına görə cərimələndi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni şadlıq sarayına görə cərimələndi

Müğənni, Bakıda fəaliyyət göstərən "Niel" şadlıq sarayının sahibi Elçin Hüseynova cərimə protokolu yazılıb.

Kult.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Elçin Hüseynovun sahibi olduğu "Niel" şadlıq sarayının qanuni təmsilçisi müğənninin qardaşı Hüseynov Niyaz Əlipənah oğludur.

Tarix
2024.10.22 / 10:51
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla