Yuxarı

Müqaviləsiz işlədilər, "102"yə şikayət etdilər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müqaviləsiz işlədilər, "102"yə şikayət etdilər...

"Zəfər-44 Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb şirkətin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, 5 aprel 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək xeyli sayda işçi ilə əmək müqaviləsi bağlamaması və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməməsi olub.

MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər kafel-metlax ustası kimi Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilib.

Şirkət rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. MMC-nin qanunsuz əməllərinin üstü isə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə edilən şikayətdən sonra açılıb. Belə ki, işçilər əmək haqlarının verilməməsi ilə bağlı DİN-ə müraciət ediblər. Aparılan araşdırma zamanı ustaların əmək müqaviləsi olmadan işlədildiyi məlum olub.

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Qeyd edək ki, 22.05.2023-cü ildə yaradılan, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sərxan Mətləb oğlu Əzizovdur.

Tarix
2025.10.13 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

İlham Əliyevin Misirdə liderlərlə səmimi söhbəti - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla