Yuxarı

Nəsimi və Ceyhunun son durumu: qaçmaq istəyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsimi və Ceyhunun son durumu: qaçmaq istəyir?

Artıq 40 gündür mərkəzdə müalicə alan tanınmış aparıcı Nəsimi Nəbizadə fiziki cəhətdən çox dəyişib və əhəmiyyətli irəliləyiş əldə edib.

Bunu Axar.az-a açıqlamasında Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.

“Nəsiminin vəziyyəti hələ stabil deyil. Metanfetamin istifadəçiləri adətən ilk üç ayda qaçmağa meyilli olurlar, biz də bunu nəzərə alırıq və ciddi nəzarət edirik. Həmçinin belə xəstələrdə müəyyən dərəcədə şizofrenik hallar yaranır. Bu səbəbdən onların psixoloji bərpası üçün vaxt tələb olunur. Təxminən üç ay ərzində tədricən bərpa olunur”, - o qeyd edib.

Salmanov bildirib ki, alkoqol asılılıqları olanlarla bağlı proseslər də uzun çəkir və onların adaptasiyası asan olmur:

“Bu baxımdan Ceyhun Əsgərovdan da narahat idik, amma onun müalicəsi uğurla davam edir. Ceyhunda irəliləyiş daha çoxdur. O, alkoqolizmin bütün mənfi tərəflərinin şahidi olub, indi isə sağalmaq və fəaliyyətinə qayıtmaq istəyir. Hələ onun tam sağaldığını düşünmürük”.

Onun sözlərinə görə, Ceyhun və Nəsimi tam sağaldıqdan sonra onlar üçün “Qurtuluş Media” adlı Yutub kanalı yaradılacaq və bu platformada işlə təmin olunacaqlar:

“Onların vasitəsilə cəmiyyətə bu bəlanın təhlükəsini çatdırmaq, insanları maarifləndirmək istəyirik. Hər ikisinə söz vermişəm”.

Ceyhun Salmanov qeyd edib ki, hər Zəfər bayramında ödənişsiz müalicəyə götürdüyü şəxslərin toyunu təşkil edir:

“Məsələn, Rəşad Rzayev adlı keçmiş xəstəm 14 yaşından 21 yaşına qədər narkotik istifadəçisi olub. Bizim mərkəzə gələndə vəziyyəti çox ağır idi. Sağaldıqdan sonra toyunu təşkil etdik, hətta toydan yığılan pulu da onlara verdim ki, yeni ailə qururlar, ehtiyacları olar. İndi övladı dünyaya gəlmək üzrədir. İnşallah, gələn Zəfər günündə də Nəsimi Nəbizadənin toyunu etmək arzusundayam”.

Tarix
2025.10.13 / 22:12
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla