Yuxarı

Bu növlərdə pensiya alanlara xoş xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu növlərdə pensiya alanlara xoş xəbər

Azərbaycanda 2026-cı ilin yanvar ayından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baku.vs-ə açıqlamasında məlumat verib.

Deputat bildirib ki, artımlar ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçiriləcək və təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək:

"Yaşa, ailə başçısını itirməyə və ya əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində gələn ildən artımlar müşahidə olunacaq. Bu, artıq dövlət büdcəsi layihəsində də öz əksini tapıb".

Vüqar Bayramovun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində sosial istiqamətə ayrılan vəsaitlərin payı 40 faizdən çox olacaq:

"Gələn il sosial təminat tədbirlərinin gücləndirilməsi və sosial sahəyə daha çox vəsaitlərin ayrılması gözlənilir. Sosial islahatlar növbəti illərdə də hökumətin əsas prioriteti olaraq qalacaq".

O əlavə edib ki, əmək haqqı artımları ilə bağlı qərarlar ənənəvi olaraq Prezidentin imzaladığı sənədlərlə həyata keçirilir və bu istiqamətdə mütəmadi addımlar atılır.

Bayramov həmçinin qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 58 faiz olacaq:

"Bu, o deməkdir ki, növbəti ildə büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olan vəsaitlər neft sektorundan daha çox olacaq. Dövlət büdcəsinin sosial yönümlülüyü isə qorunacaq".

Tarix
2025.10.13 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

İlham Əliyevin Misirdə liderlərlə səmimi söhbəti - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla