Yuxarı

Bu şəxslər yenidən hərbi xidmətə çağırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər yenidən hərbi xidmətə çağırılır

Hərbi xidməti başa vurmuş bəzi şəxslər yenidən hərbi hissələrə çağırılıb.

Axar.az Mətbuat.az-a istinadla xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanununun müvafiq bəndlərinə uyğun olaraq, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.

Müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.

Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar:

Birinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 35 yaş; kiçik zabitlər - 50 yaş; mayor və polkovnik-leytenantlar - 50 yaş; polkovniklər - 55 yaş; ali zabitlər - 60 yaş) - hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

İkinci dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 50 yaş) - hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar (əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar - 50 yaş; kiçik zabitlər, mayor və polkovnik-leytenantlar - 55 yaş; polkovniklər - 60 yaş; ali zabitlər - 65 yaş.) - bir ay müddətinə bir dəfə".

P.Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.

Tarix
2025.10.13 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

İlham Əliyevin Misirdə liderlərlə səmimi söhbəti - Yeni video

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla