Yuxarı

Hikmət Mirzəyev polkovnikin bu hərəkətinə əsəbiləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hikmət Mirzəyev polkovnikin bu hərəkətinə əsəbiləşdi

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Axar.az sözügedən xatirədən bir hissəni təqdim edir:

“Naxçıvandan gələn polkovnik görünmürdü. Dedilər ki, o, bir az arxada, təpənin üstündədir — çağırılmasını tapşırdım.

Bu vaxt komandan (Hikmət Mirzəyev) mənə zəng etdi.

— Hardasan? — birbaşa soruşdu.

— Dediyiniz istiqamətə getməyə hazırlaşıram, — cavab verdim.

— Naxçıvandan gələn polkovnik də yanındadır?

— Bəli.

— Sənin onun çəkib sosial şəbəkələrdə yaydığı görüntülərdən xəbərin var? Sənin səsin də eşidilir orda.

— Hər hansı görüntüdən xəbərim yoxdur, — dedim.

—Belə şeylərə yol vermək olmaz. Dərhal onu ordan uzaqlaşdır. Elə bir adam bizə lazım deyil və orada olmamalıdır. Bura döyüş meydanıdır, kino çəkmirik.

— Oldu, — deyib telefonu söndürdüm.

Polkovnik gəldikdə ona niyə baş verənləri çəkib yaydığını və bununla nəyə nail olmaq istədiyini soruşdum. O bildirdi ki, çəkdiklərini bir neçə dostuna göndərmişdi və onlar da, guya ondan xəbərsiz, sosial şəbəkələrdə paylaşmışdılar. Mən komandanın əmrini ona çatdırdım və əməliyyat zonasını tərk etməsini tapşırdım. Onu avtomobillə Hadrutun mərkəzinə gətirib düşürdüm və geriyə gedən avtomobillərdən birilə geri qayıtmasını bir daha tapşırdım. Özüm isə Edilli istiqamətində hərəkət etdim.

Çox təəssüf ki, Vətən müharibəsi dövründə bir çoxları, həm hərbçilərdən, həm də mülki əhalidən bəziləri— Ali Baş Komandan İlham Əliyevin informasiya təhlükəsizliyini qorumaq məqsədilə internetə çıxışı və bu tip videoların yayılmasını məhdudlaşdıran sərəncamına baxmayaraq — telefonla video çəkiliş etmiş və onu sosial şəbəkədə paylaşmışdılar. Bu həm dövlətimizin imicinə, həm də Ali Baş Komandanımızın apardığı humanist siyasətə kölgə salırdı.

Ən əsası isə belə çəkilişləri edərək qəhrəmanlıqları öz adına çıxmağa, o döyüşlərdə şəhid olmuş və yaralanmış silahdaşlarımızın haqqına girməyə heç kimin haqqı yoxdur.

Tarix
2025.10.14 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla