Yuxarı

Bakıda mağazadan ətir oğurlayan bacılara hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Olivia Beauty Care" adlı mağazadan oğurluq edən bacılar saxlanılıb.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, mağazadan oğurluqda itiham edilən 1965-ci il təvəllüdlü, ali təhsilli N.J. və 1968-ci il təvəllüdlü, ali təhsilli G.J. bacıları barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, işə məhkəmədə baxılıb.

Məlum olub ki, N.J. və G.J. bacıları bu ilin mart ayının 7-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə özlərinə kasmetik əşyalar almaq üçün "Olivia Beauty care" adlı mağazaya daxil olublar. Həmin gün sözügedən mağazada müştərilərin çox olmasından istifadə edərək, vitrindən müxtəlif markalara məxsus ümumi dəyəri 1455 manat 40 qəpik olan ətirlər oğurlayıblar. Hadisənin üstü isə 24 mart 2024-cü ildə açılıb.

Bacılar məhkəmədə təqsirsiz olduqlarını bildirərək, barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Məhkəmənin qərarı ilə hər iki bacıya ayrı-ayrılıqda 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onlar Bakı şəhərinin hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.

Tarix
2024.10.25 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

Prezidentdən delimitasiya ilə bağlı fərman

Xaçatryan delimitasiya sənədini təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla