Yuxarı

Bakıya leysan yağacaq, temperatur 6 dərəcə enəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq oktyabrın 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Tarix
2024.10.25 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Aleksandr Stubbla görüşdü

İlham Əliyev keniyalı həmkarı ilə görüşdü

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi - Video

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəldi

Əli Əsədov türkiyəli nazirlə görüşdü

Rusiyada azərbaycanlılar saxlanıldı

Qarabağ münaqişəsi bitdi - Kasparovun reaksiyasına baxın!

Əhmədzadənin vəkilini işdən təcili çıxartdılar

Şahin Mustafayev Təbrizə getdi - Foto

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla