Yuxarı

İstanbulu BMT-nin mərkəzinə çevirmək istəyirik - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulu BMT-nin mərkəzinə çevirmək istəyirik - Ərdoğan

İnsanların bir daha müharibə fəlakəti yaşamaması üçün qurulan Birləşmiş Millətlər Təşkilatının (BMT) təməli içində olduğumuz bu qaranlıq dövrə işıq tutacaq dəyərlərlə doludur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

"Baş katib cənab Quterreşin Təşkilatımızı daha təsirli və səmərəli etmək üçün başladığı "BM80" təşəbbüsünə dəstəyimiz tamdır. Bu təşəbbüsün BMT-nin bütün fəaliyyətlərini daha da gücləndirəcək bir proses kimi uğurla nəticələnməsini arzulayıram. Bu prosesə İstanbulu bir BMT mərkəzinə çevirmə vizyonumuz əsasında da güclü dəstək verməyə hazırıq. BMT-nin 80-ci ildönümündə onu yenidən quruluş ruhuna qaytaracaq addımları atmaq hamımızın ortaq məsuliyyətidir. Biz güclünün haqlı sayıldığı deyil, haqlının güclü olduğu bir nizam qurulana qədər “dünya beşdən böyükdür!” deməyə davam edəcəyik. Vəzifəmiz sistemi tərk etmək deyil, onu islah etmək, yenidən işlək hala gətirməkdir. Şübhəsiz ki, daha ədalətli bir dünya mümkündür. Türkiyə “daha ədalətli bir dünyanın qurulması” uğrunda mübarizəsini səbir və qətiyyətlə davam etdirəcəkdir", - deyə Ərdoğan əlavə edib.

Tarix
2025.09.23 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla