Yuxarı

ABŞ strateji ehtiyatlardan 400 min barrel neft ayıracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ strateji ehtiyatlardan 400 min barrel neft ayıracaq

ABŞ Energetika Nazirliyi ölkədə neft tədarükündə yaranan fasilələri aradan qaldırmaq məqsədilə strateji ehtiyatlardan 400 min barrelədək neftin ayrılmasına icazə verib.

Axar.az xəbər verir ki, nazirliyin məlumatına görə, qərar Luiziana ştatında yerləşən “Phillips 66” şirkətinin neft emalı zavodunun tədarükündə yaranan problemlərlə əlaqədardır.

Neft ştatdakı “West Hackberry” strateji anbarından götürüləcək. Müqavilənin şərtlərinə əsasən, şirkət ehtiyatlardan aldığı nefti sonradan əlavə həcmdə geri qaytarmalı olacaq.

Qeyd edək ki, ABŞ-ın strateji neft ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra mümkün fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə yaradılıb. Hazırda Luiziana və Texas ştatlarındakı dörd yeraltı anbarda təxminən 282,7 milyon barrel neft saxlanılır. Bu, 1982-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Anbarların ümumi təsdiqlənmiş tutumu 714 milyon barrel təşkil edir. ABŞ-ın strateji neft ehtiyatı dövlətə məxsus ehtiyatlar arasında dünyada ən böyüyüdür.

Tarix
2026.10.24 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla