Yuxarı

Netanyahu sanksiyalara hazırlıq göstərişi verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu sanksiyalara hazırlıq göstərişi verdi

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə o, "Kanal 10" iqtisadi telekanalına verdiyi müsahibədə bildirib.

Sanksiyaların İsrail iqtisadiyyatına mümkün təsirləri barədə suala cavab verən Netanyahu belə bir perspektivdən narahat olduğunu etiraf edib.

Baş nazir bildirib ki, İsrail müdafiə büdcəsinə ABŞ yardımının dayandırılmasına hazırlaşmalıdır:

"On milyardlarla dollar Amerika yardımı müdafiə büdcəsinə sonsuza qədər daxil olmayacaq. Çünki Amerika dəyişib. İsrail dəyişdiyi üçün deyil. Bunun sonu gələcək, bu, zaman məsələsidir".

Mümkün bank məhdudiyyətlərindən danışan hökumət başçısı alternativ iqtisadi mexanizmlərin yaradılmasının zəruriliyini vurğulayıb:

"Başa düşmək lazımdır ki, sanksiyalar mümkündür. Bank sanksiyaları isə o deməkdir ki, onları yan keçməyə qadir alternativ iqtisadiyyat təşkil etmək lazımdır".

Tarix
2026.10.23 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla