Yuxarı

Ölkəmizə qarşı növbəti dezinformasiya kampaniyası aparılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur:

“Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik”.

Tarix
2025.09.23 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Aleksandr Stubbla görüşdü

İlham Əliyev keniyalı həmkarı ilə görüşdü

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi - Video

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəldi

Əli Əsədov türkiyəli nazirlə görüşdü

Rusiyada azərbaycanlılar saxlanıldı

Qarabağ münaqişəsi bitdi - Kasparovun reaksiyasına baxın!

Əhmədzadənin vəkilini işdən təcili çıxartdılar

Şahin Mustafayev Təbrizə getdi - Foto

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla