Yuxarı

Skuter qəzalarının əsas səbəbi budur - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Skuter qəzalarının əsas səbəbi budur - Ekspert

Kiçik elektrikli nəqliyyat vasitələri ilə baş verən qəzaların əsas səbəbi, çox təəssüf ki, bu vasitələri idarə edən gənclərin yol hərəkəti və davranış qaydalarını bilməməsidir. Digər tərəfdən, bəzi avtomobil sürücüləri də skuterləri yollarda sıxışdırmağa çalışırlar ki, bu da yolverilməzdir. Əgər skuter avtomobil yolunun sağ zolağı ilə hərəkət edirsə, sürücülər ona şərait yaratmalıdırlar.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov skuter qəzaları ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, Bakıda velosiped və elektro skuter mədəniyyəti hələ formalaşmaqdadır:

“Bakı şəhərində velosiped bir yana, elektro skuterlər də nəqliyyat vasitəsi kimi heç vaxt populyar olmayıb. İndi yavaş-yavaş bu zolaqlar yaradılır, xüsusilə gənclər skuterlərə maraq göstərirlər. Biz, həm sürücülər, həm də piyadalar buna hələ adət etməmişik. Bu səbəbdən də qəzaların pik dövrünü yaşayırıq. Amma düşünürəm ki, müəyyən müddətdən sonra yol hərəkəti iştirakçıları skuterləri, mopedləri, velosipedləri də nəqliyyat vasitəsi kimi qəbul edəcəklər və qəzaların sayı azalacaq”.

E.Cəfərov əlavə edib ki, skuter və moped sürücüləri elementar qaydalara əməl etməlidirlər:

“Onlar yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etməlidirlər. Sol və orta zolaqlarda sürmək qadağandır. Skuterin ön və arxa fənərləri günün bütün saatlarında yanılı vəziyyətdə olmalıdır. Bu vasitələrlə sərnişin daşınması yolverilməzdir. Eyni zamanda, avtomobil yolunda üstünlük həmişə avtomobilindir, skuterin yox. Artıq ‘Yol hərəkəti haqqında’ qanunda və İnzibati Xətalar Məcəlləsində bu qaydalar təsbit olunub, cərimələr də mövcuddur”.

Tarix
2025.09.23 / 22:25
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla