Yuxarı

Bakıda qardaşlar oğurladıqları maşınla qəza törətdilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus mağazalardan pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə 1 ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıblar. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus VAZ-2107 markalı avtomobili qaçırmaq istəsələr də onların bu cəhdi baş tutmayıb. Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus VAZ-2106 markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar.

Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar.

R.Cəfərov və qardaşı S.Cəfərovun talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Tarix
2024.10.25 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda güclü yanan obyekt məşhur otel imiş

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla