Yuxarı

Bəzi dərmanlar ƏDV-dən azad olunur - DVX

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilib.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.

Görüş zamanı assosiasiya nümayəndələri qarşılıqlı əməkdaşlıq formatında aparılan belə müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət Vergi Xidmətinin nümayəndələri dövlət – biznes əməkdaşlığının daha da genişləndirilməsinin prioritet olduğunu, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.

Tarix
2024.10.25 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla