Yuxarı

Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 30 ildir borcunu ödəməyən 88 yaşlı Mənzil-Tikinti Kooperativinin sədrinə hökm oxunub.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1936-cı ildə Gəncə şəhərində doğulmuş MTK sədri Qüdrət adlı şəxsə Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi açılıb.

88 yaşlı şəxsin rəhbəri olduğu tikinti şirkətinin podratçısı kimi işlətdiyi Toğrul adlı iş adamına 85.000 ABŞ dolları borcu var. Ümumi borc çox olub. 2010-cu ildə 8500 min manat borc ödənilsə də, 85 min dollar qalıb.

2011-ci ildə Yasamal Rayon Məhkəməsi borcun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. 2013 və 2016-cı illərdə qərarı icra etmədiyi üçün MTK sədri cərimələnib, 2017-ci ildə ev dustağı edilib.

Toğrul məhkəmədə bildirib ki, Qüdrət yaşından istifadə edir:

"Bu kişinin heç nədən xəbəri yoxdur. Qüdrət müəllimə fədailik missiyası yüklənib. Məqsəd borcdan yayınmaqdır. Dəfələrlə yazılı öhdəlik götürüb, lakin əməl etmirlər. Pulun ödənilməsini çox söz veriblər. Lakin nəticə olmayıb. Şans verilsə belə, yenə eyni metodlara baş vurub, pulu ödəməkdən boyun qaçıracaqlar. Təqsirləndirilən şəxs ziyanı ödəməyib, ona görə də ən ağır formada ciddi şəkildə cəzalandırılmalarını xahiş edirəm".

88 yaşlı MTK sədri isə məhkəmədə günahının nədən ibarət olduğunu bilmədiyini deyib.

Məhkəmənin qərarı ilə MTK sədrinə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron qolbaq gəzdirmək vəzifələri qoyulub.

Tarix
2024.10.25 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla