Yuxarı

Azdramda premyera: "Tanrı quşu gəlmədi"

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azdramda premyera: "Tanrı quşu gəlmədi"

Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Tanrı quşu gəlmədi" tamaşasının premyerası olacaq.

Kult.az xəbər verir ki, premyera Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində baş tutacaq.

Yeni layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi, psixoloji-dram janrında olan səhnə əsəri günah, qisas və yalan haqqındadır.

Yeni yaradıcılıq işində rollarda xalq artisti Qabil Quliyev, Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Elçin Hacı, Əlizamin Abbasov və İmaməli Əsgərov çıxış edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. Tamaşada istifadə olunan mahnının sözləri Banu Məhərrəmindir.

Tarix
2024.10.23 / 18:37
Müəllif
Kult.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla