Yuxarı

ABŞ sızdırdı, gizli plan ifşa oldu – Zelenski pis durumda

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Vladimir Zelenski parlamentdə “Qələbə planı”nı açıqlayarkən, 5 bəndlə yanaşı, sənədin məxfi bəndlərinin olduğunu və həmin bəndləri Vaşinqton və Avropadakı müttəfiqlərinə təqdim etdiyini bildirmişdi. ABŞ-ın nüfuzlu “Nyu York Tayms” dərgisi həmin gizli bəndlərlə bağlı məqalə yayımlayıb. Məqalədə Zelenskinin ABŞ-dan “Tomahavk” raketlərini istədiyi yazılıb. Xəbəri qəzetə ötürən amerikalı rəsmi həmin raketlərin Ukraynaya verilə bilməyəcəyini söyləyib. Məqalədə Vladimir Zelenskinin ABŞ Konqresinin Ukraynaya hərbi yardım məqsədilə ayrılan vəsaitin cəmi 10 faizinin reallaşdırılmasından narazılığı da əks olunub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Vaşinqton qəzetə bu sızmanı qəsdən edib:

“Məqsəd Ukrayna prezidentinə anlatmaq olub ki, onun istəkləri yerinə yetirilməyəcək. “Qapalı danışıqların təfərrütının qəzetə ötürülməsi o deməkdir ki, gizli söhbətin mənası yoxdur” deyən Zelenski Vaşinqtondan haqlı narazılığını səsləndirib. Ukrayna prezidenti Vaşinqtonun ünvanına ritorik sual da ünvanlayıb: “Rusiya müharibəyə Şimali Koreyadan 100 min hərbçini gətirərsə, mən bu halda nə etməliyəm? Qərb nə edəcək? ABŞ nə edəcək?”

Vladimir Zelenski ağır vəziyyətdədir, Ukrayna ordusu cəbhə bölgəsində müqavimətini davam etdirsə də, güclər bərabər deyil. Zelenskinin hazırladığı “Qələbə planı” işə yaramadı. Çünki bəri başdan bəlliydi ki, ABŞ və Avropa dövlətləri Zelenskinin həmin plandakı istəklərini yerinə yetirməyəcəklər”.

Tarix
2024.10.30 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Deputata məxsus şirkətdən maddi ziyan tələb edilir

"Mazarina"nın rəhbəri inzibati məsuliyyətə cəlb edildi

Qatillər və qurbanlar: COP nədən fövqəl-əhəmiyyətlidir?

İspaniyada daşqınlardan zərər görən azərbaycanlılar varmı?

Bakı ilə əlaqələr daha da inkişaf edəcək - Papuaşvili

Bu Dövlət Agentliyində pozuntular aşkarlandı

Hərbi attaşelər Bakının dəniz limanında - Foto

ABŞ-da 43 milyon insan artıq səs verdi - Erkən səsvermə nədir?

Azərbaycan sərhədinə gələn fransız, görün, kim imiş - Foto

Tiflis Parisin Bakı ilə bağlı planını məhv etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla