Yuxarı

Tiflis Parisin Bakı ilə bağlı planını məhv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərində Gürcü Arzusu Partiyası 53.93 faiz səslə qalib gəldi. Hakim partiyanın bu seçkidə də qalib gələcəyi gözlənilirdi. Amma nədənsə müxalifət bloku və Prezident Salome Zurabişvili saxtakarlıq baş verdiyini bildirdilər və seçkilərin nəticələrini tanımaqdan imtina etdilər.

Gürcü müxalifəti ilə yanaşı, əksər Qərb ölkələri, o cümlədən Avropa Birliyinin strukturları da seçkilərin qeyri-demokratik keçirildiyini deyərək, bir-birinin ardınca Tiflisə kəskin bəyanatlar göndərməyə çalışırlar.

Seçkidən əvvəl Gürcüstan hökuməti Qərbin ölkədə iğtişaşlar hazırladığı ilə bağlı dalbadal xəbərdarlıqlar edirdi. Rəsmi Tiflisin bu cür bəyanatlar verməsi səbəbsiz deyildi.

Uzun müddətdir ki, Qərb Gürcüstan hakimiyyətinin qəbul etdiyi qanun layihələrini antidemokratik adlandırır, Tiflisin geri addım atmasına çalışırdı. Hətta Qərb rəsmiləri Tiflisi maliyyə yardımlarını kəsmək, AB ilə Gürcüstan arasında vizasız rejimi ləğv etməklə hədələyirdi.

Qərbin narahatlığı Gürcüstan parlamentinin LGBT təbliğatına qoyduğu qadağa ilə bağlı deyildi. Qərb rəsmi Tiflisin ondan uzaqlaşmasından narahat idi.

Artıq Ermənistan qərbyönümlü siyasət yeridir və Gürcüstanda da keçirilən seçkilərdə müxalifətin qalib gələcəyi təqdirdə Tiflis birmənalı şəkildə Qərbin – daha doğrusu, AB-nin sifarişlərinin icrasına çevriləcəkdi. Bu kontekstdə AB – bu qurumun siyasi lideri Fransanı ehtiva edir. Təsadüfi deyil ki, seçkilərin saxtalaşdırıldığını iddia edən Zurabişvili hazırda da ikili vətəndaşlığa sahibdir, Fransa vətəndaşlığını daşıyır, uzun illər Fransanın bu ölkədə səfiri vəzifəsini daşıyıb.

Fransanın siyasi dominantlıq etdiyi AB qurumları seçki öncəsi kifayət qədər aktivləşmişdi və hətta seçkidə Gürcü Arzusunun qalib gələcəyi təqdirdə “məxməri çevriliş” planı hazırladıqları barədə də məlumat vardı. paralel olaraq Fransa son aylar Ermənistanda fəaliyyətini maksimum səviyyəyə qaldırıb: həm özü, həm də tərəfdaşları vasitəsilə Ermənistana hərbi yardımların edilməsi, AB “missiyası” pərdəsi altında Fransa bayraqlı avtomobillərlə sərhədimizdə müşahidələr aparılması da buna sübutdur.

Gürcüstan 2020-ci ilin 44 günlük savaşında da özünü bitərəf aparmağı bacarmışdı, Ermənistana göndərilən hərbi yük təyyarələri üçün hava məkanını bağlamışdı. O cümlədən, Azərbaycan rəhbərliyinin “konserv qutusu” adlandırdığı “Bastion”lar istisna olmaqla, heç bir ağır texnikanın gətirilməsinə imkan vermirdi və Paris məcbur olub, İrandan dəstək alırdı və alır. Gürcüstanda buyruq qulu olan “qərbyönlülərin” hakimiyyətə gələcəyi təqdirdə isə Fransa gizli şəkildə Ermənistana istədiyi hərbi texnikanı keçirmək fürsəti əldə edəcəkdi.

Gürcüstan, eyni zamanda, Azərbaycan və Türkiyə ilə həbi sahədə ciddi əməkdaşlıq edir və NATO təlimləri çərçivəsində əsasən Ankaranın patronajlığı altındadır. Fransa Gürcü Arzusunun bu regional və milli siyasətinə qarşı hazırladığı “qərbyönlü” adlı əlaltıları vasitəsilə hakimiyyəti ələ keçirməklə, bu əməkdaşlığın da qarşısını almaq və regionda Türkiyəni sıxışdırmağı hədəfləyirdi.

Cənubi Qafqazda Fransanın Gürcüstan və Ermənistanda söz sahibinə çevrilməsi regionun yeni müharibəyə təhrik edilməsi demək olacaqdı. Söhbət Rusiyaya qarşı müharibədən getmir, məhz Rusiyanın regionda bütün imkanlarını baltalayan regional savaşdan gedir. Növbəti müharibədə isə Gürcüstan da bu və ya digər formada yer alacaqdı.

Bütün planlar bunun üçün qurulmuşdu: Azərbaycanın təklənməsi, müstəqil siyasətindən imtina etməsi üçün təzyiqlərin artması və nəhayət, regionun yeni konfliktə cəlbi.

Amma 26 oktyabrda keçirilən seçki bütün planları pozdu. Gürcü Arzusunun qalibiyyəti ilə regionda təklənən Azərbaycan yox, Ermənistan oldu.

Hazırda Fransanın regiondakı maraqlarına növbəti ciddi zərbə endirilib: artıq Gürcüstan hakimiyyəti də AB-nin, xüsusilə Borrelin və ittifaqın Tiflis əleyhinə bəyanat verən 13 ölkəsinin birbaşa Fransanın siyasi iradəsi altında olduğunu yaxşı bilir. Fransa regionda dayaqlarının sarsıldığını anlayaraq, son cəhdlərini edir, ancaq təsir üçün heç bir fakt yoxdur. Seçkinin saxtalaşdırıldığını iddia edənlər ortalığa yalnız Marneulidə bir seçki məntəqəsindəki faktı qoya bilirlər. Halbuki o seçki məntəqəsinin nəticələri seçki günü ləğv edildi, topa bülleten atan şəxs isə həbs edildi.

Ortada heç bir real fakt, o cümlədən ictimai dəstək olmadığından, AB-nin Gürcüstanda bütün “məxməri” planları da suya düşdü.

Fakt odur ki, Bakı deyil, Cənubi Qafqazda Ermənistan təkləndi və artıq bunun bəhrəsi də görünür: təsadüfi deyil ki, Rusiya platformasından hər zaman yayınan Paşinyan Kazanda Azərbaycan lideri ilə görüşdü, indi isə sülh sazişinin bir an tez imzalanması üçün bütün vasitələrdən istifadə edir.

Səbəb isə odur ki, Qərbin Cənubi Qafqazdakı maraqlarına növbəti zərbə vuracaq seçki yaxınlaşır: 5 noyabrda ABŞ-da keçirilən seçkilərdən sonra artıq Ermənistanın seçim şansı qalmayacaq.

Tarix
2024.10.30 / 15:35
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İnanılmaz: Netanyahu Baş Qərargah rəisini də yola salır

Qallant vəzifədən çıxarıldı, İsrail qarışdı – Təcili

İsrailin baş xəfiyyəsi: Qallant qovuldu, təbrik edirəm!

100-dən çox lider iştirak edəcək: Makron da Bakıya gəlir?

Səfirimiz Putinə təşəkkür etdi

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla