Yuxarı

Putinin hesablamaları iflasa uğrayıb - Mur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin hesablamaları iflasa uğrayıb - Mur

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq müddətinə görə I Dünya müharibəsini geridə qoyub ki, bu da Rusiya Prezidenti Vladimir Putinin hesablamalarının iflasa uğramasının əsas sübutlarından biridir.

Axar.az xəbər verir ki, bu barədə britaniyalı şərhçi Çarlz Mur “Telegrаf” nəşri üçün yazdığı məqalədə bildirib.

Müəllif vurğulayır ki, müharibə artıq 1570 gündür davam edir. Rusiya Krım da daxil olmaqla, Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, Moskva işğalın əvvəlində Kremlin ümid etdiyi sürətli qələbəyə nail ola bilməyib.

Təqdim olunan məlumatlara görə, Rusiya 350–500 min arasında hərbçisini itirib. Yaralananların və birdəfəlik döyüş qabiliyyətini itirənlərin sayı isə bundan bir neçə dəfə çox ola bilər.

“2022-ci ilin fevralında Putin Ukraynaya hücumu “xüsusi hərbi əməliyyat” adlandırırdı, çünki o, faktiki olaraq Ukrayna dövlətçiliyini tanımır və Ukrayna hakimiyyətinin tez bir zamanda süqut edəcəyini gözləyirdi. Lakin artıq bir neçə həftə sonra Rusiya qoşunları Kiyev ətrafından geri çəkilməyə məcbur oldular.

İşğal Kremlin gözləntilərinin tam əksinə nəticə verib. Ukrayna kimliyini məhv etmək əvəzinə, müharibə milli birliyi daha da gücləndirib”, - Mur vurğulayıb.

Tarix
2026.06.13 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla