Yuxarı

Sandu türk liderə qalib gəldi - Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sandu türk liderə qalib gəldi - Rəsmi

2024.11.03. 23:50.

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası artıq səslərin 76%-nin sayıldığını bildirib.

Hazırkı nəticəyə görə, Stoyanoğlu 52,02% səslə liderdir. Hazırkı Prezident Maya Sandu isə 47,98% səs toplayıb.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda sabiq baş prokuror Aleksandr Stoyanoğlu və hazırkı Prezident Maya Sandu mübarizə aparır.

***

Bülletenlərin 90%-nin sayılmasından sonra nəticələr belədir:

Aleksandr Stoyanoğlu - 50,81%

Maya Sandu - 49,19%

***

Bülletenlərin 98,9%-i sayılandan sonra nəticələr belədir:

Aleksandr Stoyanoğlu - 45%

Maya Sandu - 55%.

Maya Sandu əsas etibarilə Moldovadan kənarda, Avropa ölkələrində olan diaspordan ciddi səs alıb. O, artıq qalib gəldiyini elan edib.

***

Moldova Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faiz sayılmasından sonra prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayıb.

Ölkənin hazırkı prezidenti Maya Sandu 55.33 faiz səslə qalib gəlib. Onun rəqibi Aleksandr Stoyanoğlu isə 44.67 faiz səs toplayıb.

Xatırladaq ki, Aleksandr Stoyanoğlu etnik qaqauzdur.

Tarix
2024.11.04 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla