Yuxarı

Kobaxidzenin sözü Moldovanı narahat etdi - səfiri çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Moldovadakı səfirliyinin müvəqqəti işlər vəkili David Boçorişvili Baş nazir İrakli Kobaxidzenin Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Moldova ilə bağlı verdiyi son bəyanatlarla əlaqədar bu gün Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfirliyin müvəqqəti işlər vəkilinə Gürcüstanın baş nazirinin ictimai çıxışında Moldova Respublikasının Avropaya inteqrasiyası və ölkəmizdəki seçki prosesi məsələlərinə toxunan təhrif olunmuş və qeyri-ardıcıl üslubdan Moldova tərəfinin dərin narazılığı barədə məlumat verilib. Qeyd etmək istərdik ki, Moldova ilə Gürcüstan arasında əməkdaşlıq və ənənəvi dostluq münasibətləri, eləcə də hər bir dövlətin Avropaya inteqrasiya prosesində qarşıya qoyduğu məqsədlər üstünlük təşkil etməlidir",- məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri zamanı baş verən pozuntulara münasibət bildirən Baş nazir İrakli Kobaxidze deyib ki, problemlər olubsa, ancaq Moldovada olub (Gürcüstanda parlament seçkiləri 26 oktyabrda, Moldovada prezident seçkiləri isə 3 noyabrda keçirilib - red.).

Tarix
2024.11.12 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla