Yuxarı

Türk ordusu hər an böyük əməliyyata başlaya bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk ordusu hər an böyük əməliyyata başlaya bilər

Suriyada PKK/YPG terror dəhlizini parçalamaq və Türkiyə Silahlı Qüvvələrinin yaratdığı təhlükəsizlik bölgələrinin birləşdirilməsi üçün hərbi əməliyyat gündəmdədir. Əməliyyatın Donald Trampın andiçmə mərasiminə kimi başlaması gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli hərbi ekspert Ünal Atabəy danışıb.

"Suriyanın şimalına qarşı əməliyyat uzun müddətdir müzakirə olunur. Bununla belə, əlverişli beynəlxalq şəraitin yaranması gözlənilirdi. Xarici siyasət, regional və qlobal konyuktura uyğun görünür. Burada PKK-nın varlığına imkan verilməməsi Türkiyənin təhlükəsizliyi baxımından son dərəcə vacibdir. PKK/YPG dəhlizinin yaranmasına imkan verilməyəcək. Və nəhayət, bunun qarşısı alınacaq. Orada PKK-nın varlığında heç bir azalma yoxdur. Hər gün ABŞ-ın dəstəyi ilə irəliləyiş əldə edirlər. Ancaq Donald Trampın yenidən hakimiyyətə gəlişi ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması gündəmdədir.

ABŞ-ın bölgədən geri çəkilməsi Türkiyənin lehinə olacaq. Bəlkə də ABŞ-Türkiyə münasibətlərində yeni anlaşmalar ola bilər", - ekspert qeyd edib.

Tarix
2024.11.14 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla