Türk ordusu hər an böyük əməliyyata başlaya bilər
07:00
Ana səhifə Planet |
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə Qəzzadakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli məlumat verib.
“Bu axşam xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb”, - Keçeli bildirib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər Qəzzada mövcud vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər.
Tarix
2024.11.12 / 23:36
|
Müəllif
Axar.az
|