Türk ordusu hər an böyük əməliyyata başlaya bilər
07:00
Ana səhifə Planet |
Çinin cənubundakı Çjuhay şəhərində bir nəfər yolsuzluq avtomobilini idman mərkəzinin yaxınlığında idman edən insanların böyük bir qrupunun üzərinə sürüb.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı 35 nəfər ölüb, 43 nəfər isə xəsarət alıb.
Çjuhay şəhəri və Quanqdonq əyalətindən yüzlərlə xilasedici təcili yardım göstərmək üçün hadisə yerinə göndərilib.
Hadisəni törədən Fan adlı şəxs qaçmağa cəhd edi , lakin polis tərəfindən saxlanılıb. O, bıçaqla özünə boynundan ağır xəsarətlər yetirib.
Polis bildirib ki, ilkin araşdırmalara görə, Fan boşanmasından narazı qalıb və belə bir qətliama əl atıb.
Tarix
2024.11.13 / 00:05
|
Müəllif
Axar.az
|