Yuxarı

Tramp “insan alverçisini” nazir təyin edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp “insan alverçisini” nazir təyin edir

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın ədliyyə naziri vəzifəsinə respublikaçı Mett Qetzi seçməsi müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, Tramp özünə məxsus “Truth social” platformasında Konqresin Floridadan olan respublikaçı üzvü Qetzi Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizəd olaraq göstərib.

“Mett Ədliyyə Nazirliyindəki sistemli korrupsiyanı ləğv edəcək, nazirliyi cinayətlə mübarizəyə təşviq edərək, demokratiyamızı, konstitusiyamızı qoruma missiyasına geri qaytaracaq. O, yeni ədliyyə naziri olaraq ABŞ sərhədlərini qoruyacaq, cinayətkar dəstələri aradan qaldıracaq, Amerika xalqının nazirliyə olan inam və güvənini yenidən bərpa edəcək”, - o bildirib.

CNN televiziyası Trampın bu təklifini “şok seçim” kimi dəyərləndirib. Qeyd edilib ki, Qetz təhrikedici çıxışları ilə siyasi gündəmə gəlir. O, insan alverində ittiham edilsə də, bu ittiham sübut edilməyib. “Foks Nyus”a danışan respublikaçı konqresmen Kevin Kramerin sözlərinə görə, Qetz Senatın təsdiqindən keçməyə bilər.

Tarix
2024.11.14 / 14:07
Müəllif
Aytac Araz
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla