Yuxarı

"Titanik" sərnişinlərini xilas edən kapitanın saatı 2 milyona satıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Titanik" sərnişinlərini xilas edən kapitanın saatı 2 milyona satıldı

“Titanik” laynerinin 700-dən çox sərnişinini xilas edən "Karpatiya" gəmisinin kapitanı Artur Rostronun saatı 2 milyon dollara (1,6 milyon funt sterlinq) satılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə BBC yayım korporasiyası məlumat yayıb.

Qeyd olunur ki, 18 karat qızıldan hazırlanmış “Tiffany” saatı 1912-ci ildə xilas etdiyi "Titanik"in sağ qalan sərnişinləri tərəfindən Rostona hədiyyə edilib. Söhbət iş adamları Con Ceykob Astor, Con Tayer və Corc Uaydenerin laynerin qəzaya uğraması nəticəsində ölən dul qadınlarından gedir. Saatın üzərində "Kapitan Rostona səmimi qəlbdən təşəkkür və minnətdarlıqla hədiyyə edildi" yazısı həkk olunub. Onlar Nyu-Yorkdakı Astor malikanəsində Rostona təqdim olunub.

Saat ABŞ-dan olan kolleksiyaçı tərəfindən satın alınıb. Bu, "Titanik" lə əlaqəli predmet üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir. Əvvəlki rekord aprel ayında “Henri Aldridge and Son” saytında Astorun qızıl cib saatı 1,2 milyon funt sterlinqə satıldığı zaman qeydə alınıb.

Tarix
2024.11.18 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla