Yuxarı

Qətərdən çıxarılan HƏMAS liderləri Türkiyəyə sığındılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətərdən çıxarılan HƏMAS liderləri Türkiyəyə sığındılar

HƏMAS hərəkatının yüksək rütbəli üzvləri Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra ötən həftə Qətərdən Türkiyəyə gediblər.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” adı açıqlanmayan ərəb diplomatına istinadən məlumat yayıb.

Mənbə bildirib ki, hərəkatın bir çox lideri ailələri Türkiyədə yaşadığı üçün onsuz da vaxtlarının əhəmiyyətli hissəsini orada keçirirdi.

Qeyd edək ki, “Faynənşl Tayms” qəzeti mənbələrə istinadən yaydığı məlumatda Qətərin ABŞ-ın təzyiqi altında HƏMAS rəhbərliyindən ölkəni tərk etməsini istədiyini yazmışdı. Buna səbəb isə HƏMAS-ın atəşkəs danışıqları çərçivəsində israilli girovların azad edilməsi ilə bağlı vasitəçilərin təkliflərini dəfələrlə rədd etməsi olub.

Tarix
2024.11.18 / 11:09
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla