Yuxarı

Ermənilər Qarabağa həkim və dərman daşıyır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Qarabağa həkim və dərman daşıyır

Dördgünlük müharibə zamanı cəbhədə yaralanan ermənilərin Xankəndində müalicəsinə dərman və həkim çatışmır.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, buna görə Qarabağ separatçları yardım istəyib. Medianın məlumatına görə, Moskva Erməniləri Assosiasiyasının üzvü Qriqor Karapetyan aprelin əvvəlindən bu çağırışa uyğun olaraq Moskvadan 4 erməni həkimin Qarabağa göndərildiyini bildirib.

Onun sözlərinə görə, erməni əsgərləri ağır vəziyyətdədir və bu həkimlər də çətin əməliyyatlarda iştirak edirlər.
Ermənistan Müdafiə Nazirliyinin hərbi hospitalının cərrahiyyə şöbəsinin müdiri Levon Jamaqortsyan isə bildirib ki, bu cür ağır əməliyyatlar gün boyu davam edir. Aprelin əvvəlində gələn həkimlərin işi çox olduğu üçün onlar hələ də Xankəndindədirlər.

Bu arada dərman çatışmadığı üçün separatçılar dünyadakı erməni diasporuna da müraciət ediblər.

Xatırladaq ki, ötən gün Dağlıq Qarabağdakı xəstəxanalarda olan erməni yaralı əsgərlərdən 36 nəfər İrəvana aparılıb. Onların müalicəsi üçün Xankəndində şəraitin olmadığı açıqlanıb.

Tarix
2016.04.26 / 09:28
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla