Yuxarı

Abxaziya “prezidenti” istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abxaziya “prezidenti” istefa verdi

Abxaziyada hökumət və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş imzalayıblar.

Axar.az xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidməti məlumat yayıb.

"Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikası “konstitusiyasının” 65-ci maddəsinə uyğun olaraq, Abxaziya “prezidenti” vəzifəsindən istefa verirəm”, - məlumatda qeyd olunub.

Razılaşmaya əsasən, dövlət binalarının ərazisinə və kompleksinə toplaşan vətəndaşlar noyabrın 19-da dağılışmalıdırlar. Buna əməl edilmədiyi təqdirdə Bjaniya istefa ərizəsini geri götürəcək.

Qeyd edək ki, Rusiya ilə mübahisəli investisiya sazişinə etiraz edən müxalifət bir neçə gündür aksiya keçirir və Bjaniyanın istefasını tələb edir. Aksiya iştirakçıları "hökumət binalarını" da tam ələ keçirib, Bjaniya isə Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb.

Tarix
2024.11.19 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla