Yuxarı

Pakistanda toqquşma: İslamabada ordu yeridildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanda toqquşma: İslamabada ordu yeridildi

10:18

Pakistan Daxili İşlər Nazirliyi müxalif “Təhrik-e-İnsaf” partiyasının tərəfdarlarının rəhbərlik etdiyi polislə etirazçılar arasında ilkin toqquşmalardan sonra İslamabada ordu qüvvələrinin göndərildiyini elan edib.

Axar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

“Daxili İşlər Nazirliyi Pakistan ordusunun İslamabada yeridildiyini açıqlayıb. Təhlükəsizlik qüvvələrinə iğtişaşçıları yerindəcə güllələmək də daxil olmaqla, ekstremal tədbirlər görməyə və təşviqatçılara, eləcə də iğtişaşçılara qarşı qətiyyətlə hərəkət etmək üçün ciddi göstəriş verilib”, - məlumatda deyilir.

Nazirlik həmçinin Pakistan ordusuna asayişi qorumaq üçün lazım bildiyi təqdirdə istənilən bölgədə komendant saatı tətbiq etmək səlahiyyəti verib.

Qeyd edək ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın təsis etdiyi “Təhrik-e-İnsaf” partiyası noyabrın 24-də ölkə hakimiyyətini parlament seçkisinin nəticələrinə yenidən baxmağa və siyasi məhbusları, o cümlədən, Xanın özünü azad etməyə məcbur etmək məqsədilə ümummilli etiraz aksiyası keçirib.

***

İslamabadda İmran Xanın tərəfdarları ilə baş verən qarşıdurmalar nəticəsində 6 nəfər həlak olub.

Bu barədə "Assoşeyted Press" məlumat yayıb.

Tarix
2024.11.26 / 23:13
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla