Yuxarı

Hakimiyyət savaşı: Oskanyan koalisiya yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan XİN-in keçmiş rəhbəri Vardan Oskanyanın partiyası Serj Sərkisyanın istefasını tələb etməyəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında Vardan Oskanyan söyləyib. Yarandığı gündən Sərkisyanın qorxulu röyası kimi təqdim edilən Oskanyan artıq öz vədinə xilaf çıxmağa başlayıb. Keçmiş baş diplomat 25 il ərzində heç kimdən istefa tələb etmədiyini bildirib:

"Bu onları təyin edənlərin problemidir. Mən həyatım boyunca heç vaxt istefa tələb etməmişəm və indi də tələb etmək fikrində deyiləm. Xalq artıq alternativ axtarır. Əgər alternativ ola bilsək, biz yalnız həmfikir olduğumuz qüvvələrlə koalisiya yaradacağıq".

Qeyd edək ki, Oskanyan bir müddət öncə Birlik Partiyasını yaradıb. Bu partiya hazırkı Ermənistan iqtidarının əsas düşməni hesab edilir. Ekspertlərin fikrincə, Oskanyanın yeni partiyasının arxasında eks-prezident Robert Köçəryan dayanır.

Tarix
2016.04.28 / 11:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla