Yuxarı

ABŞ-dan İsrailə misli görünməmiş dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ tarixində ən böyük hərbi yardımı İsrailə edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Coş Ernest məlumat verib.

Vaşinqton rəsmisi razılaşma üzərində çalışdıqlarını, ancaq həll edilməsi lazım olan bəzi texniki detalların qaldığını deyib.

Qeyd edək ki, ABŞ ilə İsrail arasında 2018-ci ildə sona çatacaq hərbi yardım razılaşmasının uzadılmaması iki ölkə arasında soyuqluğa səbəb olmuşdu. Sazişin aqibətinin qeyri-müəyyən olduğu bir vaxtda 83 senator hərbi yardımın uzadılması üçün Prezident Barak Obamaya məktub yazmışdı. Məktubda "İsrailin müdafiə mövzusundakı ehtiyaclarının artdığı bir dövrdə bizim dəstəyimiz lazımdır" sözlərinə yer verilmişdi.

"Röyter"in məılumatına görə, qarşıdan gələn prezident seçkiləri hakim partiyanı güzəştə getməyə məcbur edir. Vaşinqtondakı qaynaqların agentliyə verdiyi məlumata görə, hərbi yardımın uzadılması yaxın vaxtlarda təsdiq ediləcək.

Xatırladaq ki, bir müddət öncə İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-dan illik hərbi dəstəyin 4,5 milyard dollara çatdırılmasını xahiş etmişdi. Lakin Obama administrasiyası bu tələbi qəbul etmədiyindən yəhudi lider Vaşinqton səfəri zamanı ABŞ prezidenti ilə görüşməmişdi.

Tarix
2016.04.28 / 15:02
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla