Yuxarı

"Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi

“Buran” sovet kosmik gəmisinin sahibi, qazaxıstanlı iş adamı Dauren Musa Qazaxıstan Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Axar.az-ın Report-a məlumatına görə, axtarış barədə məlumat Qazaxıstan Baş Prokurorluğunun hüquqi statistika və xüsusi qeydlər portalının saytında dərc olunub.

İş adamı dələduzluqda şübhəli bilinir. Hələlik işin digər təfərrüatı açıqlanmayıb.

Qeyd olunub ki, 2021-ci ildə “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin iş adamını dəhşətli vəziyyətdə olan "Buran" kosmik gəmisini Baykonur şəhərinə verməyə çağırıb. Lakin Qazaxıstanın Baykonur Raket və Kosmik Şirkəti ASC-nin baş direktoru “Buran” kosmik gəmisini Rusiyaya verməkdən imtina edib.

Bu səhmdar cəmiyyət Almatı şəhərində qeydiyyatdan keçmiş Qazaxıstanın özəl şirkəti olmaqla, “Roskosmos”un strukturuna daxil deyil.

Kosmodrom və eyniadlı şəhəri özündə birləşdirən Baykonur kompleksi 28 mart 1994-cü ildə imzalanmış müqavilə və 10 dekabr 1994-cü il tarixli icarə müqaviləsi əsasında 20 il müddətinə Rusiyaya icarəyə verilib. 2004-cü ildə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb.

Tarix
2024.11.29 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla