Yuxarı

Bayden oğlunu həbs cəzasından qurtardı - Əfv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayden oğlunu həbs cəzasından qurtardı - Əfv etdi

ABŞ Prezidenti Co Bayden iki cinayət işi – qanunsuz silah daşıma və vergidən yayınma ilə bağlı məhkəmə qərarını gözləyən oğlu Hanteri əfv edib.

Axar.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

“Oğlum Hanterin əfv edilməsi haqqında fərman imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə departamentinin qərarlarına qarışmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını seyr edərkən belə, sözümü tutdum”, - Baydenin bəyanatında deyilir.

Prezidentin sözlərinə görə, oğlunun təqib edilməsi onların qohumluq əlaqələri və dövlət başçısının siyasi opponentlərinin təzyiqi ilə bağlı olub. O qeyd edib ki, məhkəmə siyasətə yoluxub və buna görə də ədalətsizlik baş verib:

“Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə bu qərara gəldiyini anlayacaqlar”.

Əfv mətnində aydınlıq gətirilir ki, kiçik Bayden bunu 1 yanvar 2014-cü ildən 2024-cü il dekabrın 1-dək olan müddətdə törətdiyi və ya törədə biləcəyi və ya iştirak etdiyi bütün cinayətlərə görə alıb.

Bundan əvvəl isə Bayden oğlunu əfv etməyəcəyini açıq şəkildə bildirmişdi.

“NBC Nyus”un mənbələrinə görə, prezident bu məsələni bəzi yaxın köməkçiləri ilə müzakirə edib. Yayda, Bayden hələ seçki kampaniyasına qatılarkən ona oğlunu əfv etmək fürsətindən istifadə etməyəcəyini qətiyyətlə bildirməsi tövsiyə edilib.

Kiçik Baydenin dekabrın 12-də silah saxlama qanununu pozduğuna görə, dekabrın 16-da isə vergidən yayınmaqda ittiham ediləcəyi gözlənilirdi. Birinci cinayət işi “Colt Cobra 38 Special” revolverinin qanunsuz saxlanması ilə bağlı idi. Kiçik Bayden silahı 2018-ci ilin oktyabrında satıcıya və qeydiyyat orqanlarına yalan məlumat verərək alıb. O, narkotik vasitələrdən istifadə etmədiyini göstərib, əslində isə 2015-ci ildən 2019-cu ilə qədər narkomaniyadan əziyyət çəkib. Amerika qanunları narkomaniyadan əziyyət çəkənlərin silah sahibi olmasını qadağan edir.

İttihamların məcmusuna əsasən, kiçik Bayden maksimum 25 ilə qədər həbs cəzası ala bilərdi, lakin ağırlaşdırıcı hallar olmadığına görə cəzanın yüngül olacağı güman edilirdi.

İkinci hal 2016-2019-cu illər arasında vergidən yayınma ilə bağlı olub. Xüsusi prokuror Devid Veys qeyd edib ki, onun vergi orqanlarına cəmi 1,4 milyon dollar borcu olub, lakin o, hesabları ödəmək əvəzinə, ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Hanter Bayden borcunu ödəyib, 17 ilə qədər həbs cəzası ilə üzləşdiyi doqquz ittihamın hamısını boynuna alıb.

Tarix
2024.12.02 / 09:18
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla